Qalatasaray ın zəif çıxışının səbəbi BƏLLİ OLDU Futbolçular iki aydır maaş almırlar

05.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın zəif çıxışının səbəbləri müzakirə olunarkən, mövsümün əvvəlindən futbolçulara cəmi bir dəfə bonus verildiyi bəlli olub.

Oxu.Az "Aspor"a istinadən xəbər verir ki, bu mövsüm liqada 20 dəfə qalib gələn "sarı-qırmızılı" futbolçuların hesabına yalnız üç həftə əvvəl "Rizəspor"la səfərdə qazanılan qələbənin bonusları köçürülüb.

"Qalatasaray" oyunçularını 20 liqa matçından yalnız birinin bonuslarının hesablarına köçürülməsi narahat edib.

Qeyd edək ki, "Qalatasaray" klubu iki aydır futbolçuların maaşlarını ödəmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью