Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mövsümün əvvəlində Kərəm Aktürkoğlunu "Benfika"ya satan "Galatasaray" klubunun daha bir futbolçusu İngiltərə klubunun diqqət mərkəzinə düşüb.
BAKU.WS xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nottingham Forest" Barış Alper Yılmaz üçün "CimBom"a bonuslarla birlikdə 25 milyon avro təklif edib.
İstanbul təmsilçisi bu təklifi rədd edib. Klub rəhbərliyi Barış Alperi satmaq istəmədiyini bildirərək, oyunçunun müqaviləsini maaşını artırm
Qeyd edək ki, "Nottingham Forest" klubu cari mövsümdə 9 qola imza atan 24 yaşlı futbolçunun transferindən vaz keçmir.
İngilis klubu Barışın performansını izləməyə davam edir və yenidən "Galatasaray"ın qapısını döyməyə hazırlaşır.
Məlumat üçn bildirək ki, Barış Alper Yılmaz bu mövsüm 26 matçda 6 fərqli mövqedə çıxış edib.
Sağ cinahda oynadığı 9 matçda 4 qol və 1 asistlə fərqlənib. Sol cinahdakı 7 qarşılaşmada isə 3 qol vurub.