Qalatasaray İngiltərə klubunun müdafiəçisini transfer etmək istəyir

24.01.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin "Koventri" klubunda çıxış edən Milan van Eveyklə maraqlanır. Bu barədə "The Standard" nəşri məlumat yayıb.

"Qalatasaray" niderlandlı sağ cinah müdafiəçisi üçün onun klubuna təklif göndərməyə hazırlaşır. "Fulhem" də 24 yaşlı arxa xətt oyunçusu ilə maraqlanır.

Qeyd edək ki, "Koventri" Milan van Eveyki 2023-cü ilin yayında "Herenven"dən transfer edib. Niderland U-21 millisinin sabiq üzvü bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью