Qalatasaray İngiltərədə tarix yazmaq istəyir: Pley offa bir addım

28.01.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray", UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda səfərdə "Mançester Siti"nin qonağı olur.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızılılar" bu həlledici qarşılaşma öncəsi keçirdiyi 7 oyunda 3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə ilə 10 xal toplayaraq 17-ci pillədə qərarlaşıb.

"Cim-bom" üçün pley-off mərhələsinə vəsiqə qazanmaq şansları kifayət qədər yüksəkdir. Turnir cədvəlinin ilk 24 komandası arasında yer almağı böyük ölçüdə təmin edən "Qalatasaray"a "Mançester Siti" ilə oyunda cəmi 1 xal qazanmaq kifayət edəcək. Hətta mümkün məğlubiyyət halında belə, rəqiblərin nəticələrindən asılı olaraq 10 xalla pley-offa qalmaq mümkündür. Türkiyə nəhnginin turnirdən kənarda qalması üçün 10 mümkün ssenaridən ən az 8-i reallaşmalıdır ki, bu da ehtimalı minimuma endirir.

Riyazi olaraq "Qalatasaray"ın ilk 8-liyə daxil olub birbaşa 1/8 finala yüksəlmək şansı da qalır. Bunun üçün İstanbul təmsilçisi İngiltərədə mütləq qələbə qazanmalı və önündəki 9 rəqibin xal itirməsini gözləməlidir. Əgər "sarı-qırmızılılar" bu axşam qələbə qazanaraq mərhələni ilk 16 sırada bitirərsə, pley-offda "səpələnmişlər" sırasında yer alacaq və cavab oyununu öz meydanında keçirmək üstünlüyü əldə edəcək.

Qeyd edək ki, "Qalatasaray" pley-off mərhələsində "Yuventus", "Borussiya Dortmund", "Atalanta", "İnter", "Mançester Siti", "Çelsi", "Nyukasl Yunayted", "Atletiko Madrid", "Barselona" və "Sportinq" kimi nəhənglərlə rəqib ola bilər. Turnirdə pley-off oyunları 17-18 və 24-25 fevral, 1/8 final matçları isə mart ayında keçiriləcək.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью