Qalatasaray ispan üçün hərəkətə keçdi

06.05.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qalatasaray” heyətini ispan futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Türkiyə çempionu Adama Traore ilə yaxından maraqlanır.

“Cim-bom” rəhbərliyi mövsüm sonunda azad agent statusuna yiyələnəcək ispanla artıq qarşıdakı həftə danışıqlara başlamaq niyyətindədir. Adamanın “Vest Hem”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, “Barselona”nın yetirməsi və sabiq futbolçusudur. Bununla yanaşı, İspaniya millisinin üzvü “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” klublarında oynayıb.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью