Qalatasaray İspaniya klubuna da məğlub oldu

09.08.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" yoxlama matçında İspaniyanın "Vilyarreal" klubu ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi gərgin keçən görüşdə rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Oyunun 3-cü dəqiqəsində A. Peres penaltidən hesabı açsa da, cəmi 2 dəqiqə sonra Viktor Osimhen Eren Elmalının ötürməsi ilə tarazlığı bərpa edib. Qarşılaşmanın 4-cü dəqiqəsində isə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk ard-arda sarı və qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb.

"Vilyarreal"ın qələbə qolunu 41-ci dəqiqədə N. Pepenin ötürməsindən sonra Corc Mikautadze vurub. İkinci hissədə heyətdə edilən əvəzləmələrə baxmayaraq, hesab dəyişməyib və "sarı-qırmızılılar" hazırlıq matçından məğlubiyyətlə ayrılıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью