Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Ahmed Kutucu ilə kifayətlənmək istəməyən və hücumu bir qədər də gücləndirmək niyyətində olan ''Qalatasaray'' dünya ulduzunu heyətinə qatmaq üzrədi.
''Football-plus.az'' xəbər verir ki, söhbət Alvaro Moratadan gedir.
Son iki gündə ''Milan''la danışıqlar aparan Türkiyə çempionu həm klubla, həm də futbolçunun özü ilə anlaşma əldə edib.
Transferin tamamlanması üçün artıq bütün şərtlər qəbul edilib. Bu xəbəri tanınmış insayder Fabritsio Romano paylaşıb.
Moratanın hətta şənbə günü axşam saatlarında özəl təyyarə ilə İstanbulda olacağı gözlənilirdi.
''Sarı-qırmızılar'' 32 yaşlı futbolçunu 6 aylığa icarəyə götürəcəklər. Müqavilədə daimi əsasda transfer maddəsi də mövcuddu.
''Qalatasaray'' bu maddədən yararlanmaq istəsə, yayda ''Milan''a 8 milyon avro ödəyəcək.