Qalatasaray istədi, İngiltərə klubunu seçdi

14.07.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Vulverhempton” Kolumbiya millisinin hücumçusu Con Arias üçün "Fluminense" ilə razılığa gəlib.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, İngiltərə klubu Rio-de-Janeyro təmsilçisinə 17,25 milyon avro ödəməyə razılaşıb. 

ABŞ-da keçirilən Klublararası dünya çempionatında Arias “Fluminense”nin yarımfinala yüksəlməsinə kömək edib. 

O, klubda beş il ərzində 229 oyun keçirib, 47 qol vurub və 55 məhsuldar ötürmə edib. Kolumbiyalı əvvəllər heç vaxt Avropada çıxış etməyib. Con “Qalatasaray”ın da transfer siyahısında yer almışdı. 27 yaşlı futbolçunun “Fluminense” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi.

Arias “Patriotas”, “Laneros”, “Amerika de Kali”, “Santa Fe” klublarında oynamışdı.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью