Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu yay transferdə çox passiv olduğu üçün ciddi tənqid atəşinə tutulan ''Qalatasaray'' Can Uzundan ümidini üzməsə də, bu keçidin baş tutmalı ehtimalı getdikcə azalır.
İddialara inansaq, ''Ayntraxt'' Türkiyə yığmasının üzvünə görə 60 milyon avroya yaxın məbləğ tələb edir.
Okan Buruk son açıqlamasında Can Uzunun həm potensialı, həm də yerli statusda olması üzündən bu transferi çox istədiklərini bildirib. O uyğun şərtlər olacağı təqdirdə keçidi tamamlamağa çalışacaqlarını qeyd edib. Ancaq ''Ayntraxt''ın idman direktoru Markus Kröşe fərqli açıqlama verib. O, Can Uzunla bağlı ciddi planlarının olduqlarını vurğulayaraq bunları deyib:
''Əvvəla bizə heç bir rəsmi təklif gəlməyib. Elə Can Uzun özü də bizə ayrılmaq istədiyinə dair bir söz deməyib. Yəni hazırda onun klubumuzu tərk edəcəyinə dair heç bir işarə yoxdu. Baxmayaraq ki, Türkiyədə tez-tez bu mövzuda xəbərlər çıxır və iddialar səsləndirilir. Baş məşqçimizin Can Uzunla bağlı ciddi planları var. Onu maksimum faydalı olacaq bir mövqedə oynatmaq istəyir. Can yeni mövsümdə komandamızda önəmli rol oynayan futbolçulardan biri olacaq''.
Frankfurt təmsilçisi ilə 2029-a qədər müqaviləsi olan 20 yaşlı futbolçu ötən mövsüm iştirak etdiyi 28 rəsmi oyunda 10 qol, 6 məhsuldar ötürməlik performans sərgiləyib.