“Qalatasaray” isveçrəli hücumçu ilə maraqlanır

16.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İsveçrənin “Sion” klubunun futbolçusu Vinsli Boteli karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” 20 yaşlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.

İstanbul təmsilçisi qış transfer dönəmində forvard üçün danışıqlara başlayacaq.

“Transfermarkt”da dəyəri 15 milyon avro olan hücumçu bu ilin yayından “Sion”da forma geyinir. O, komandada 16 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью