Qalatasaray İtaliya klubunu məhkəməyə verib

18.07.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Türkiyə Çempionu "Qalatasaray" İtaliya klubunu məhkəməyə verib.

Fanat.Az xəbər verir ki, söhbət A Seriyası təmsilçisi "Komo"dan gedir.

Bu barədə məlumatı "Aspor" yayıb.

Ulduz müdafiəçi Davinson Sançezin transferi üçün "Komo" 20 milyon avro təklif etsə də "Qalatasaray" bu təklifi rədd etmişdi.

Daha sonra futbolçunun özü ilə klubun xəbəri olmadan əlaqəyə keçən "Komo" "sarı-qırmızılılar"ın sərt reaksiyası ilə üzləşib.

Türkiyə təmsilçisi "Komo"nu məhkəməyə verib.

Qeyd edək ki, "Qalatasaray" Davinson transferi üçün qarşı tərəfdən 50 milyon avro tələb edirdi.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью