“Qalatasaray” Jedson Fernandeş və Con Duranı transfer edə bilər

09.06.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qalatasaray” “Spartak Moskva”nın yarımmüdafiəçisi Jedson Fernandeş və “Zenit Sankt-Peterburq”un keçmiş hücumçusu Con Duranı transfer etməyi düşünür.

İdman.Biz bu barədə HT Spor-a istinadən bildirir.

Mənbənin məlumatına görə, “qırmızı-ağlar” Jedson Fernandeşi 25-30 milyon avroya sata bilər. Həmçinin qeyd olunur ki, “Qalatasaray” transferlər üçün təxminən 100-120 milyon avro ayırıb.

Ötən mövsüm Jedson Fernandeş bütün yarışlarda 37 oyunda meydana çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 16 milyon avrodur.

“Zenit Sankt-Peterburq” Duranın “Əl-Nəsr”dən icarəyə götürüldüyünü 9 fevralda açıqlayıb. İcarə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədə idi.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью