Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə qatmayacaq.
Buna səbəb Moskva klubunun futbolçu üçün 35 milyon avro tələb etməsidir.
“Qalatasaray” Kislyakın transferi üçün 2027-ci ilin yayında yenidən cəhd göstərəcək. Superliqa klubu bu keçidi reallaşdırmaq üçün Qabriel Sara kimi futbolçularını satmağı da nəzərdən keçirir.
Qeyd edək ki, Kislyak cari mövsümdə Rusiya Premyer Liqasında 15 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun MOİK-lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalı 21 yaşlı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.