Qalatasaray klubu TFF prezidentini istefaya çağırdı

05.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"Qalatasaray" klubu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunu istefaya çağırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub bəyanat verib.

Bəyanada TFF prezidenti İbrahim Hacıosmanoğlunun bu axşam bir televiziya kanalında verdiyi açıqlamalara istinad olunub: "Onun açıqlamaları klubumuzun son günlər dilə gətirdiyi bütün narahatlıqlarda nə qədər haqlı olduğunu təsdiqlədi. İbrahim Hacıosmanoğlu subyektiv, ədalətsiz və futboldan bixəbər açıqlamaları ilə qərəzsizliyini tamamilə subut edib. O, hətta bir addım da irəli gedərək, qərəzsizliyini tamamilə itirib..."

Klub sonda onu  istefaya ssələyib.

Fərid Aslan

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью