Qalatasaray kolumbiyalı futbolçunun izinə düşdü Danışıqlar başladı

08.07.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni mövsümdən Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq ''Qalatasaray'' heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, Türkiyə çempionu ''Fluminense''də çıxış edən Con Arias ilə yaxından maraqlanır.

Bu barədə məlumatı ''Fotomaç'' yayıb.

"Sarı-qırmızılar" artıq Ariasın klubu ilə danışıqlara başlayıb. 27 yaşlı vingerin də karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.

Futbolçunun transfer dəyəri 17 milyon avrodur.

Qeyd edək ki, klublararası dünya çempionatında 5 matçda meydanda olan hücumçu 1 qol, 1 asistlə fərqlənib.

Kamil Xudiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью