Qalatasaray kolumbiyalı hücumçunu icarəyə götürdü

10.07.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qalatasaray" "Əl-Nəsr"in hücumçusu Con Duranı icarəyə götürməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Tərəflər 22 yaşlı hücumçunun bir illik icarəsi barədə razılığa gəliblər. Türkiyə klubu kolumbiyalıya ildə 4 milyon avro, qalan məbləği isə Səudiyyə Ərəbistanı təmsilçisi ödəyəcək. Futbolçu müqaviləni rəsmiləşdirmək üçün yaxın günlərdə İstanbula uçacaq.

Qeyd edək ki, Duran 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında Rusiya "Zenit"inin formasını geyinib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью