Icma.az, Apasport portalına istinadən məlumat verir.
Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.
Apasport.az xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib.
Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib.
Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar.
Fıratcan Uzum və Adama Traorenin qollarıyla "Gənclərbirliyi" adını yarımfinala yazdırıb.
"Qırmızı-qaralar"ın yarımfinaldakı rəqibi "Trabzonspor" - "Samsunspor" cütünün qalibi olacaq.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA İngiltərə çempionu III LİQADA! Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal Fransa kuboku: "Lans" finalda! Ferdi qol vurdu, "Çelsi" darmadağın oldu