Qalatasaray la ÇL oyununu buraxacaq

30.09.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Liverpul"un futbolçusu Federiko Kyeza Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qalatasaray"la oyunu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mersisaydlılar" 28 yaşlı hücumçunu görüş üçün heyətə daxil etməyiblər. O, İstanbula gəlməyib.  Komandanın baş məşqçisi Arne Slotun sözlərinə görə, Kyeza həftəsonu diskomfort hissi yaşayıb. Buna görə də o, hazırda maksimum potensialı ilə çıxış etməyə hazır deyil.

Kyeza zədəsinə baxmayaraq, "Kristal Pelas"la son oyunda qol vurub.

Bu mövsüm italiyalı forvard "Liverpul"un heyətində bütün turnirlərdə 6 matç keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью