Qalatasaray Leau ilə razılığa gəldi İldə bu qədər ödəyəcək

26.08.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

"Qalatsaray" portuqaliyalı futbolçu Rafael Leau ilə anlaşıb.

Fanat.Az xəbər verir ki, informasiyanı türkiyəli insayder Yağız Sabuncuoğlu yayıb.

Leau ilə şəxsi müqavilənin detalları razılaşdırılıb. İstanbul klubu 27 yaşlı portuqaliyalıya ildə təxminən 12 milyon avro ödəyəcək. İndi "Qalatasaray" transfer haqqını "Milan"la razılaşdırmalıdır.

Leaonun " Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. 2025/26 mövsümündə cinah yarımmüdafiəçisi bütün turnirlərdə 31 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью