“Qalatasaray” legioneri ilə vidalaşa bilər

12.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Lesli Uqoçukvu ilə yollarını ayırmağı düşünür.

Futbolpress.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Komandanın məşqçilər korpusu yarımmüdafiəçinin performansından məmnun deyil.

“Qalatasaray” qış transfer dönəmində Lesli üçün təklifləri dəyərləndirəcək. Futbolçunun icarəyə verilməsi də variantlar arasındadır.

Uqoçukvu ötən yaydan “cim-bom”un formasını geyinir. Fransalı futbolçu Super Liqada 5 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью