Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qalatasaray” yeni mövsüm üçün heyətini qorumağı planlaşdırır.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cimbom” Mario Leminanı buraxmaq istəmir.
"Sarı-qırmızılılar" qabonlu futbolçuya yeni müqavilə təklif edib. “Qalatasaray”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq təcrübəli futbolçunun özü də klubda qalmağa müsbət yanaşır.
32 yaşlı futbolçunun müqaviləsinin 1 il uzadılması planlaşdırılır.
Lemina karyerası ərzində “Loryen”, “Marsel”, “Yuventus”, “Southempton”, “Fulhem”, “Nitsa” və “Vulverhempton” klublarında çıxış edib.
“İnter” fransalı forvard üçün 50 milyon tələb edir Dünya çempionu daha iki il “Ayntraxt”da - RƏSMİ “Yunayted” Kazemironun əvəzedicisini tapdı “Atletiko” Argentina millisinin üzvünü satmağı planlaşdırır “Liverpul”da ciddi itki