Qalatasaray Leroy Saneni transfer etmək istəyir

12.01.2025

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray" "Bavariya"nın ulduz futbolçusu Leroy Saneni heyətinə qatmağı hədəfləyir.

Qaynarinfo-nun "Fotomaç"a istinadən verdiyi məlumata görə, "sarı-qırmızılar" 29 yaşlı hücumçu ilə danışıqlara başlayıb. Sanenin mövsümün sonunda Münhen klubu ilə müqaviləsi başa çatacaq.

Qeyd edək ki, Leroy Sane 2024/25 mövsümündə "Bavariya" forması ilə 20 oyunda çıxış edərək, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью