Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi bu yaxınlarda başa çatan Afrika Millətlər Kuboku böyük bir qalmaqalla yekunlaşdı.
"Football-plus.az" xəbər verir ki, Seneqal finalın son anlarında əvvəlcə meydandan çəkilsə də, sonradan meydana döndü və əlavə vaxtda qol vuraraq meydan sahibi Mərakeşə qalib gəldi.
Bu arada oyun günü Seneqalın 3 futbolçusu - Krepin Diatta, Usseynu Nyanq, Pape Mata Sarrın özlərini qəfildən pis hiss etdiyi və xəstəxanaya yerləşdirildiyi məlum olmuşdu. Bunu mətbuata Seneqalın sol müdafiəçisi İsmail Yakobs açıqlamışdı.
Karyerasını ''Qalatasaray''da davam etdirən Yakobs bu məsələ ilə bağlı Almaniyanın ''Tageszeitung'' nəşrinə yeni diqqətçəkən acıqlamalar verərək bunları deyib:
''Mənim şəxsi fikrim belədi ki, 3 futbolçumuz zəhərlənib və bu, adi bir zəhərlənmə deyildi. Adətən zəhərlənəndə adamın qaytarmağı gəlir. Bu üç futbolçu sözün əsil mənasında huşunu itirdi. Paltardəyişmə otağında ən birinci Diatta özündən getdi. Hamımız çox qorxduq. Nyanq oyunöncəsi isinmə hərəkətləri zamanı, Sarr isə fasilədə yerə yıxıldı. Heç kimin üstünə şər atmaq və ya günahlandırmaq istəmirəm. Bildiyim ancaq odu ki, bu olaylar təsadüfən baş vermədi! Üçü də dilini çölə çıxarmışdı. Dili ağıza sala bilmirdilər. Yerə yıxıldıqdan sonra tərləməyə başladılar. Diatta ümumiyyətlə oyundan öncə başını dik saxlaya bilmirdi. O azca qusmuşdu''.
Maraqlıdı ki, bu hadisə hər iki federasiya tərəfindən gizlədilir. Hələ də ortada heç bir rəsmi açıqlama yoxdu. Eləcə də futbolçuların analizlərinin cavabı barədə heç bir məlumat verilmir.