“Qalatasaray” liderliyini daha da gücləndirdi

08.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə superliqasında 15-ci turun oyunları davam etdirilib.

QOL.az xəbər verir ki, lider “Qalatasaray” “Sivasspor”un qonağı olub. Matç Okan Burukun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sivasspor” - “Qalatasaray” - 2:3
Qollar:
Rodriges, 25 (1:0), Yunus Akgün, 36 (1:1), Osimhen, 45+9-pen. (1:2), Barış Alper Yılmaz, 53 (1:3), Boke, 90+1 (2:3)

14 oyundan sonra xalını 38-ə yüksəldən “Qalatasaray” liderliyini daha da gücləndirib. İkinci pillədə qərarlaşan “Fənərbaxça”nın 14 oyundan 32 xalı var. İlk üçlüyü 15 matçdan 29 xal toplayan “Samsunspor” tamamlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью