“Qalatasaray” liderliyini daha da gücləndirdi

08.12.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə superliqasında 15-ci turun oyunları davam etdirilib. Sport24.az xəbər verir ki, lider "Qalatasaray" "Sivasspor"un qonağı olub. Matç Okan Burukun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray" 16-cı dəqiqədən Metehan Baltacı qırmızı vərəqə aldıqdan sonra 10 nəfərlə oynamaq məcburiyyətində qalıb.

"Sivasspor" - "Qalatasaray" - 2:3

Qollar: Rodriges, 25 (1:0), Yunus Akgün, 36 (1:1), Osimhen, 45+9-pen. (1:2), Barış Alper Yılmaz, 53 (1:3), Boke, 90+1 (2:3)

Qırmızı vərəqə: Metehan Baltacı, 16 ("Qalatasaray")

14 oyundan sonra xalını 38-ə yüksəldən "Qalatasaray" liderliyini daha da gücləndirib. İkinci pillədə qərarlaşan "Fənərbaxça"nın 14 oyundan 32 xalı var. İlk üçlüyü 15 matçdan 29 xal toplayan "Samsunspor" tamamlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью