Qalatasaray maaşların ödənməsi üçün 20 milyon avro xərcləməli olacaq

12.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyə nəhənglərindən olan "Qalatasaray" martın 31-dək UEFA-ya borcsuzluqla əlaqədar sənədləri təhvil vermək üçün futbolçuların maaşlarının tamamını ödəyəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, bu səbəbdən klubun kassasından 20 milyon avro əksiləcək.

Qeyd edək ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek futbolçulara maaşların tamamının ödənməsi üçün tapşırıq verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью