Qalatasaray Mançester Siti ilə oyuna hazırlaşır Start heyət müəyyənləşir

26.01.2026

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray" Çempionlar Liqasınn 8-ci turunda üz-üzə ələcəyi "Mançester Siti" ilə səfər matçına hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu vacib matçda əsas 11-liyi müəyyən etməyə çalışan baş məşqçi Okan Burukun qapını Uğurcan Çakıra etibar edəcəyi şəksizdir.

Məlumata görə, o, komandaının müdafiəsinin sağ cinahında Roland Sallai, sol cinahında isə İsmayıl Yakobsu oynadacaq: "Mərkəzi müdafiə cütlüyü isə Davinson Sançez və Abdülkərim Bardakçıya tapşırılacaq. Lukas Torreira, Mario Lemina, İlkay Gündoğan vıə ya Qabriel Saranın yarımmüdafiədə, Leroy Sane və ya Yunus Akgün sağ cinahda, Barış Alper Yılmaz isə sol cinahda, Osimhenin isə mərkəz hücumunda meydana çıxacaqları gözlənilir"

Fərid Aslan

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью