Qalatasaray Mançester Siti nin ulduzu üçün son dəfə təklif göndərəcək

08.08.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qalatasaray" klubu "Mançester Siti"nin ulduz qolkiperi Ederson Santana üçün son təklifini hazırlayıb.

Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi təcrübəli qolkiperi və "Mançester Siti" rəhbərliyini razı salmaq üçün menecerlərini İngiltərəyə göndərib.

Tərəflər arasında keçirilən ilkin danışıqlar müsbət yekunlaşıb.

Qeyd edək ki, 2017-ci ildən bu yana "Mançester Siti"nin şərəfini qoruyan Edersonun hazırkı dəyəri 20 milyon avrodur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью