Qalatasaray Mançester Siti nin ulduzunu ALIR

23.05.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul nəhəngi "Qalatasaray" səs-küylü transferə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub İngiltərə "Mançester Siti"sinin formasını geyinən Bernardo Silvanın transferini bitirməyə yaxındır.

Artıq detallarda razılığa gəlmək üçün futbolçunun meneceri İstanbula dəvət olunub.

Portuqaliyalı ulduz futbolçu özü də "Cim-bom"da çıxış etmək istəyir və "şəhərlilər"lə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Bernardo Silvan bu mövsüm "Mançester Siti" heyətində 48 oyunda meydana çıxıb. Onun aktivində 5 qol və 4 məhsuldar ötürmə var.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью