“Qalatasaray” “Mançester Yunayted”in ulduzunu istəyir

13.12.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Mançester Yunayted” klubunun ulduz futbolçusunu heyətinə qatmaq istəyir.

“Cebheinfo.az” xəbər verir ki, İstanbul təmsilçisinin hədəfində Markus Reşford var.

27 yaşlı ulduzun adı son günlərdə “Cim-Bom” ilə hallanır. 

“Qalatasaray” Mauro İkardinin zədəsi səbəbilə bu mövsüm oynamayacağı üçün onun yerinə Reşfordu transfer etməyi düşünür. 

Lakin “Mançester Yunayted” bu transfer üçün 45 milyon avro tələb edib. Buna baxmayaraq, hücumçu ilə “Barselona” və “PSJ” kimi dünya nəhəngləri də maraqlanır. 

Qeyd edək ki, Markus Reşford bu mövsüm meydana çıxdığı 23 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Elmir 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью