“Qalatasaray” matçı öncəsi “Beşiktaş”ın iki oyunçusu zədələnib

23.03.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" "Qalatasaray" matçı öncəsi yoxlama görüşü keçirib.

AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, "İstanbulspor"la qarşılaşan komanda, meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

"Qara qartal" vacib görüş öncəsi 2 ciddi itki ilə üzləşib.

Yarımmüdafiəçilər Rafa Silva və Aleks-Oksleyd Çamberlayn sıradan çıxıb. Futbolçularının vəziyyətinin qarşıdakı günlərdə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı martın 29-su Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью