Qalatasaray məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

03.08.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qalatasaray" Fransa Liqa 1 təmsilçisi "Renn" ilə yoxlama matçında üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, sürətli hücumlar və kəskin keçidlərlə yadda qalan 3:3 hesablı qarşılaşmada "sarı-qırmızılılar" həm ön xətdəki təhlükəli potensialını, həm də müdafiədə buraxılan bəzi boşluqları göz önünə sərib.

Oyunda İstanbul təmsilçisinin qollarını 18-ci dəqiqədə Viktor Osimhen, 49-cu dəqiqədə Qabriel Sara və 90+4-cü dəqiqədə penaltidən Barış Alper Yılmaz vurduğu halda, fransızların heyətində 27, 58 və 61-ci (penalti) dəqiqələrdə fərqlənən Esteban Lepol het-triklə yadda qalıb.

Rəqibin ardıcıl qollarla önə keçməsinə baxmayaraq, matçdan qopmayan İstanbul nəhəngi son saniyəyə qədər əzmkarlıqla mübarizə apararaq qazandığı penalti ilə məğlubiyyətdən qurtulmağı bacarıb.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью