Qalatasaray məşhur futbolçu ilə danışıq aparır

16.04.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bayer"in yarımmüdafiəçisi Qranit Caka karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" isveçrəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi artıq Caka ilə ilkin danışıqlar aparır. Türkiyəyə gəlməyə isti yanaşan 32 yaşlı orta xətt oyunçusu "Qalatasaray"ın oyunlarını izləməyə başlayıb.

Təcrübəli futbolçu yekun qərarını mövsümün sonunda verəcək. "Sarı-qırmızılar" ölkə çempionu olsa və Çempionlar Liqasında iştirak etsə, oyunçu İstanbula gələcək.

Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. İsveçrə millisinin üzvü bu mövsüm Leverluzen təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью