​“Qalatasaray” məşhur futbolçunu yenidən alır

14.08.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Türkiyənin “Qalatasaray” klubu sağ cinah müdafiə mövqeyini gücləndirmək üçün “Bayern Münhen”in fransalı futbolçusu Saşa Boe ilə danışıqlar aparır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi oyunçunun satışına mane olmur və 10 milyon avro tələb edir.

“Qalatasaray”ın isə Boe transferindən “Bayern Münhen”dən qalan 6 milyon avro alacağı var. “Sarı-qırmızılar” bu məbləği silərək, qalan 4 milyon avronu hissə-hissə ödəməklə transferi reallaşdırmaq niyyətindədir. Fransalı müdafiəçi illik 3–3,5 milyon avro maaş tələb edir.

Qeyd edək ki, 24 yaşlı futbolçu “Bayern Münhen” forması ilə 23 oyuna çıxıb, 1 qol və 4 asistlə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью