Qalatasaray müdafiəçi üçün PSJyə təklif göndərib

01.01.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Türkiyənin "Qalatasaray" klubu futbolçu Milan Şkrinyar üçün Fransa təmsilçisi PSJ-yə təklif göndərib.

"Report"un məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi 29 yaşlı müdafiəçini icarəyə götürmək istəyir. "Sarı-qırmızılar" slovakiyalı oyunçunun qərarını gözləyir.

Qeyd edək ki, 2023-cü ildən Paris klubunda çıxış edən oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью