Qalatasaray müdafiəçisini göndərir

18.11.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Qalatasaray"ın müdafiəçisi El Şaday Bitşiabunun İstanbul klubundakı gələcəyi sual altına düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik 21 yaşlı fransalı futbolçunun icarə müddətini başa çatdırmaq üçün yanvar ayını gözləyə bilər.

Klubun bu addımı atmaqda əsas məqsədi əcnəbi oyunçular üçün ayrılmış heyət limitində boş yer yaratmaqdır. Bununla belə, "Qalatasaray" və "Leypziq" arasında icarə anlaşmasının vaxtından əvvəl dayandırılması ilə bağlı hələlik rəsmi təmas olmayıb.

Xatırladaq ki, Bitşiabu mövsümün əvvəlində satınalma hüququ ilə "Leypziq"dən icarəyə götürülüb. Gənc müdafiəçi indiyədək İstanbul təmsilçisinin formasında yalnız bir matçda şans qazanıb və həmin görüşdə cəmi 21 dəqiqə meydanda olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью