“Qalatasaray” müraciət etdi, UEFA dan rədd cavabı aldı

20.10.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qalatasaray” müraciət etdi, UEFA-dan rədd cavabı aldı

“Qalatasaray” Fransada baş verən hadisələrlə əlaqədar UEFA Çempionlar Liqasında “Lill”lə oyunun təxirə salınmasını istəyib.

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin “A Spor” telekanalı məlumat yayıb.

İstanbul klubu Fransadakı vəziyyəti nəzərə alaraq UEFA-ya müraciət etsə də, qurum bu tələbi qəbul etməyib. UEFA qarşılaşmanın əvvəlcədən müəyyənləşdirilmiş tarixdə və azarkeşlərin iştirakı ilə keçirilməsini istəyir.

Fransanın daxili işlər naziri Loran Nunes də Çempionlar Liqasında bu həftə keçiriləcək PSJ – “Barselona” və “Lill” – “Qalatasaray” matçlarının təxirə salınmayacağını bildirib:

“Oyunların ləğvindən söhbət gedə bilməz. Qarşılaşmalar keçirilməyə davam edəcək”.

Fransada baş verən hadisələr səbəbindən Lill şəhərində komendant saatı tətbiq edilib. Məhdudiyyət yerli vaxtla bazar ertəsi saat 20:00-dan çərşənbə axşamı saat 06:00-dək qüvvədə olacaq.

Qeyd edək ki, “Lill” – “Qalatasaray” oyunu oktyabrın 21-də Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью