“Qalatasaray” Musleranın yerinə onu gətirir

04.06.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

PAOK-un qapıçısı Dominik Kotarski karyerasını “Qalatasaray”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik onu komandadan ayrılacaq Fernando Musleranın əvəzləyicisi olaraq görür.  İddia edilir ki, 25 yaşlı qolkiper yaxın ətrafına “Qalatasaray”la anlaşdığını bidirib.

 Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Saloniki təmsilçisinin heyətində 46 rəsmii matçda iştirak edib. O, 15 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью