“Qalatasaray” “Napoli”dən cavab gözləyir

14.07.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qalatasaray” “Napoli” ilə danışıqları davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu Viktor Osimhen üçün israrlıdır. Rəhbərlik nigeriyalı forvardı birdəfəlik heyətinə qatmaq istəyir.

Artıq “sarı-qırmızılar” İtaliya klubuna yeni təklif göndərib. İstanbul təmsilçisi futbolçunun müqaviləsindəki 75 milyon avroluq sərbəsqalma bədəlinin 40 milyonunu öncədən, geridə qalanını isə hissə-hissə ödəmək niyyətindədir.

Transferdə son qərar “Napoli” rəhbərliyindədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью