“Qalatasaray” nəhayət xal itirdi

17.01.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasında XX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Qalatasaray" meydana çıxıb. 

"Cimbom" "Hatayspor"la qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. 

Matçda hesabı hataylılar açıb. Cemali Sertel fərqlənib.

Lakin "sarı-qırmızılılar" bərabərlik topunu vurmağı bacarıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. 

Görüş elə bu hesabla nəticələnib - 1:1.

Qeyd edək ki, "Qalatasaray" 52 xalla liderliyini davam etdirir. Onu 42 xala malik "Fənərbaxça" izləyir.

Türkiyə Super Liqası
XX tur

"Hatayspor" - "Qalatasaray" 1:1

“Arsenal” kubokda mübarizəni dayandırdı Barışdan dubl, “Qalatasaray”dan qələbə “Jirona” və “Valyadolid”dən minimalhesablı qələbə “Siti”dən 8 qollu qələbə, “Liverpul” növbəti mərhələdə "Beşiktaş" həsrətə son qoydu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью