Qalatasaray onlarda yollarını ayıracaq

12.09.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Qalatasaray" qışda üç futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçilər Vilfrid Sinqo, Kaan Ayhan və yarımmmüdafiəçi İlkay Gündoğanla vidalaşacaq. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Adıçəkilən oyunçular baş məşqçi Okan Burukun gələcək planlarında yer almır.

Kaan Ayhan cari mövsümdə "Qalatasaray"ın heyətində cəmi 1 dəqiqə şans qazanıb. Sinqo 2 matçda 41 dəqiqə meydanda olub. Gündoğan isə 2 görüşdə 11 dəqiqə oynayıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью