“Qalatasaray” onlarla bağlı qərar verdi

29.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Transfer çalışmalarına davam edən “Qalatasaray” futbolçuları Kaan Ayhan və Abdülkerim Bardakçı ilə müqavilə yeniləyib.

“Qafqazinfo” “Fotomaç”a istinadən xəbər verir ki, bu barədə klub Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib. 

“Sarı-qırmızılılar” Kaanla 2028, Abdülkerimlə isə 2027-ci ilə qədər müqaviləni uzadıb.

Qeyd edək ki, ötən mövsüm Kaan Ayhan 43 matça 1 qol və 4 məhsuldar ötürmə,  Abdülkerim Bardakçı  isə 49 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью