“Qalatasaray” onu 8 milyona satdı

21.08.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın “Spartak” klubu “Qalatasaray” ilə müdafiəçi Karlos Kuestanın transferi barədə razılığa gəlib.

Ölkə.az Lent.az-a istindən xəbər verir ki, transferin məbləği 8 milyon avro təşkil edəcək. Avqustun 21-də 26 yaşlı kolumbiyalı futbolçu Rusiyaya yola düşəcək və tibbi müayinədən keçəcək.

Kuesta 2025-ci ilin fevral ayından “Qalatasaray”da çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 9 oyuna çıxıb və məhsuldar hərəkətlərlə (qol və ya assist) fərqlənməyib.

Daha əvvəl futbolçu “Genk” və “Atletiko Nasional” komandalarında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью