“Qalatasaray” onu ABŞ klubuna göndərir

22.01.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Vilfrid Zahanı ABŞ-ın “Şarlott” klubuna icarəyə verib.

Modern.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kot-d'İvuardan olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью