“Qalatasaray” onu hədəfə aldı

26.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalatasaray” onu hədəfə aldı

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı “Milan”a yeni təklif göndərib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, İstanbul klubu portuqaliyalı hücumçu üçün “Milan”a 45 milyon avro və bonuslar təklif edib.

İtaliya klubunun hələlik razılıq vermədiyi, lakin tərəflər arasında danışıqların davam etdiyi bildirilir. “Milan” öz növbəsində Leaonun transferi üçün 50 milyon avro tələb edir.

Qeyd olunur ki, İstanbul təmsilçisi futbolçunun özü ilə artıq razılığa gəlib. Bildirilir ki, Leao ilə 4 illik müqavilə və illik 12 milyon avro maaş qarşılığında anlaşma əldə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью