“Qalatasaray” onunla “davam” dedi

22.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina komandada qalıb.

Futbolpress.az xəbər verir ki, Qabon millisinin üzvü İstanbul təmsilçisi ilə 2 illik yeni müqavilə bağlayıb. Bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun “sarı-qırmızılılar”la əvvəlki müqaviləsinin müddəti bu yay başa çatmışdı. Tərəflər çərşənbəşaxşamı yeni müqavilə üzrə tam razılığa gəliblər.

“Loryan”ın yetirməsi olan, karyerası ərzində “Nitsa” və “Marsel”də də çıxış edən təcrübəli oyunçu ötən mövsüm Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la ilk matçında (1:0) komandasına qələbə gətirən yeganə qolun müəllifi olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью