“Qalatasaray” onunla razılaşdı maaşı artacaq

08.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray" futbolçusu Barış Alper Yılmaz ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu cinah oyunçusu ilə razılığa gəlib.

24 yaşlı futbolçunun maaşı da artırılacaq. Müqavilə müddəti isə məlum deyil.

Barış bu mövsüm 45 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью