Qalatasaray onunla yollarını ayırır

29.07.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Fransanın Liqa 1 təmsilçisi "Havr" "Qalatasaray"ın futbolçusu Elias Yelerti heyətinə qatmaq istiqamətində səylərini davam etdirir.

Fanat.Az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. 

"Havr" 23 yaşlı danimarkalı sağ cinah müdafiəçisi ilə bağlı bir neçə gündür ki, "sarı-qırmızılar"la danışıq aparır.

Xəbərdə bildirilir ki, Fransa klubu Yelerti uzun müddətdir izləyir və transferi icarə əsasında tamamlamağa ümid edir.

Danimarka milli komandasında üç dəfə forma geyinmiş sağ cinah müdafiəçisi ötən mövsümü icarə əsasında "Southempton"da keçirib və İngiltərə klubu ilə bütün yarışlarda 11 oyuna çıxıb.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью