Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qalatasaray”ın zədə səbəbindən iki həftədir yaşıl meydanlardan uzaq qalan Viktor Osimhenlə bağlı Nigeriya Futbol Federasiyasına müraciət etdiyi iddia olunub.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hücumçunun 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçiriləcək oyunlarda iştirak etməməsini istəyib.
Lakin Nigeriya Futbol Federasiyası “Qalatasaray”ın bu müraciətini rədd edib. Baş məşqçi Erik Şell 26 yaşlı futbolçunu Madaqaskar və Qvineya-Bisau ilə oyunlar üçün 24 nəfərlik heyətə daxil edib.
Nigeriya sentyabrın 25-də Madaqaskarı qəbul edəcək, sentyabrın 29-da isə Qvineya-Bisau ilə səfərdə qarşılaşacaq.
Qeyd edək ki, Osimhen “Başakşehir”lə matçda sağ adduktor (qasıq) əzələ qrupunda dartılma aşkarlanıb. Onun “Trabzonspor”la qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil.
Alonso Pedro haqda: “Gələcəkdə mütləq millidə çıxış edəcək” Günün oyunları bu kanallarda - TV AFİŞA “Beşiktaş”dan Avropada möhtəşəm start - VİDEO “Barselona”da ciddi itki İstanbulda keçiriləcək İspaniya Superkubokunun stadionları açıqlanıb