“Qalatasaray” öz meydanında qələbə qazana bilmədi

22.01.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu tur çərçivəsində “Qalatasaray” və “Atletiko Madrid” klubları qarşılaşıblar.

Görüşün birinci hissəsində iki qol vurulub. Culiano Simeone 4-cü dəqiqədə İspaniya təmsilçisini hesabda önə çıxarsa da, 20-ci dəqiqədə Markos Lyorente avtoqola imza ataraq, İstanbul təmsilçisinin azarkeşlərini sevindirib.

Tərəflər ikinci hissədə fərqlənə bilməyiblər və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Hesabında 13 xal olan “Atletiko Madrid” 36 komanda arasında 8-ci pillədə qərarlaşıb. “Qalatasaray” isə 10 xalla 16-cı yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью